Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:17

ABŞ rəsmisi bloqqerləri azad etməyə çağırır


ABŞ-ın ATƏT-dəki missiyasının rəhbəri Yan Kelli ATƏT-in Vyanadakı Daimi Şurasına məktub göndərib. Məktubda o, bir daha Azərbaycanda həbs edilmiş bloggerlər Adnan Hacızadə və Emin Milli haqqında məsələ qaldırıb:

«Azadlıq qəzetinin redaktoru Qənimət Zahidin azad edilməsini alqışlayırıq. Onun sərbəst buraxılması müsbət addım oldu, lakin biz həbs edilmiş bloggerlər və gənc fəallar - Adnan Hacızadə və Emin Millinin əfv edilmədiyinə görə dərin təəssüf hissi keçiririk.

Biz əvvəlki kimi Azərbaycan hakimiyyətini Hacızadə və Millinin məsələsini Azərbaycanın beynəlxalq öhdəliklərinə və ölkə hökumətinin demokratik institutların və vətəndaş cəmiyyətinin inkişafı haqqında bəyan etdiyi məqsədlərinə uyğun şəkildə həll etməyə çağırırıq». /Turan/

Günün bütün mövzuları

XS
SM
MD
LG