Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:26

Haitiyə 10 milyard dollar yardım ayrılacaq


Donor ölkələr Haitidə zəlzələnin nəticələrini aradan qaldırmaq üçün 10 milyard dollar pul ayıracaqlarına vəd veriblər.

BMT Baş katibi Ban Ki Mun martın 31-də bildirib ki, 100-dən çox ölkə və beynəlxalq təşkilat BMT-nin donor konfransında iştirak edib. Yoxsul Karrib ölkəsini bərpa etmək üçün iki ildə 5,3 milyard dollar ayırmağa söz veriblər.

Üç ildə bu ölkəyə təxminən 10 milyard dollar yardım ediləcəyi gözlənilir.

BMT rəsmisi yardımın gözləniləndən artıq olduğunu bildirib.

Yanvarın 12-də Haitidə baş verən zəlzələdə 220 min insan ölüb, 1 milyon 300 min insan evsiz-eşiksiz qalıb.
XS
SM
MD
LG