Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:33
«Konkret cinayətkarların adları çəkilməklə yanaşı onların iştirak etdikləri ideologiyanı da göstərmək lazımdır»

Hüquqşünas Erkin Qədirli «İşdən sonrada 31 vart soyqırımından danışarkən belə deyib:

- Mən düşünürəm ki, ümumiyyətlə biz tək 31 mart deyil, o cümlədən 26 fevral Xocalı soyqırımında, 20 yanvar qırğınında əsl hədəfi nədənsə ifadə etmirik. Ümumi fon var. 1918–ci il azərbaycanlıların soyqırımı kommunizmin məhəlli təzahürüdür. Sadəcə olaraq bütün bunlar daha aydın ifadə olunmalı, konkret cinayətkarların adları çəkilməklə yanaşı onların iştirak etdikləri ideologiyanı da göstərmək lazımdır. Millət olaraq mənəvi ibrət dərsi çıxarmalıyıq bu şeylərdən. Mən bunu deməklə 31 mart soyqırımını törədən ermənilərin məsuliyyətini kiçiltmək istəmirəm. Madam ki, biz buna siyasi qiymət verməyə çalışırıq, məsələyə daha geniş kontekstdən baxılmalıdır. 1918–ci il 31 mart, 1992–ci il 26 fevral, 1990–cı il 20 Yanvar, bunlar hamısı bir ideoloji çevrənin, onun təqib orqanı olan NKVD və KQB – nin törətdiyi cinayətlərdir.. Bunu açıq demiriksə, gələcək nəsillər ibrət götürməyəcək. Ağlaşma qurmaqla tarixi dərs çıxmayacaq.

Diaspora Komitəsinin nümayəndəsi Elşad Miraləm:

- 31 mart soyqırımında azərbaycanlılara qarşı bolşeviklər də iştirak edib, amma onların etnik tərkibinə baxsaq əsasən ermənilər idi və Daşnaksutyun Partiyası fəal olub. Mən bir fikirlə razıyam ki, bütün bu faciələrlə bağlı sadəcə ağlaşma qurmalı deyilik. Bu gün dünyanın müxtəlif ölkələrində azərbaycanlılara qarşı törədilmiş soyqırımı ilə bağlı işlər görülür. Bu gün 40-dan çox ölkədə bu cür tədbirlər təşkil olunub. Amma bəzən elə həqiqətlər var ki, onu dünya eşitmək istəmir. Eyni zamanda diasporun o qədər böyük təcrübəsi yoxdur. Buna baxmayaraq az müddətdə böyük işlər görə bilmişik.

PROQRAMI DİNLƏYİN.

/ Hazırladı Gülər Qasımova /

Şərhləri göstər

XS
SM
MD
LG