Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:44

Qərb bölgəsində 17 dini icmaya qeydiyyat şəhadətnaməsi verilib


Dini icmalardan 24-nün sənədlərinə hazırda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində baxılır.

Bu barədə məlumatı Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Qərb Bölgəsi Nümayəndəliyinin şöbə müdiri Firdovsi Kərimov verib. Onun sözlərinə görə, bölgədə 49 dini icma fəaliyyət göstərir ki, onlardan da 41-i qeydiyyat şəhadətnaməsi almaq üçün sənədlərini Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təqdim edib. Onlardan 17-nə şəhadətnamənin verildiyini bildirən F.Kərmov 24 icmanın sənədlərinə komitədə baxıldığını söylədi. Müsahib bölgədə fəaliyyət göstərən 8 dini icmanın (Göygöldə 3, Goranboyda 1, Gədəbəydə 2, Tovuzda 1, Qazaxda 1) sənədlərini komitəyə vermədiyini bildirdi.

Dini icmalardan 7-sı Gəncədə yerləşir. Onlardan 6-sı islam yönümlüdür ki, bunlarında 5-i qeydiyyat şəhadətnaməsin alıb, birinin sənədləri isə komitədədir. Gəncədə olan 7 xristian yönümlü dini icmadan yalnız biri - Aleksandr Nevski Rus Provaslav kilsəsi Dini İcması qeydiyyat şəhadətnaməsi alıb.

Firdovsi Kərimov Dini Qurumlarla iş üzrə Dövlət Komitəsində ziyarətgahların qeydiyyatı ilə bağlı xüsusi təlimat hazırlandığını da bildirdi, məhz təlimat hazır olduqdan sonra İmamzadə ziyarətgahının qeydiyyatı məsələsinə baxılacaq.

Azərbaycan parlamentində ötən il «Dini etiqad azadlığı haqqında» qanuna əlavə və dəyişikliklər edilib. Əlavlərə görə, Azərbaycan Konstutitsiyasının 18-ci madddəsinin 2-ci hissəsinə müvafiq olaraq, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği qadağan olunur. Digər əlavəyə görə, bütün dini qurumlar yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan və dini qurumların dövlət reyestrinə daxil edildikdən sonra fəaliyyət göstərə biləcəklər.
XS
SM
MD
LG