Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:15

Qırmızı Xaç Komitəsi məlumatları təkzib edir


Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bakı nümayəndəliyi Ombudsmanın Azərbaycandan olan əsir və girovların yazışmaları ilə bağlı komitə tərəfindən senzuraya yol verildiyi və valideynlərə təzyiq göstərilməsi barədə Cenevrədə Şərqi Avropa və Mərkəzi Asiya üzrə əməliyyat rəhbəri Pasqal Vaqnerlə görüşündə dediklərini təkzib edir.

BQXK-nin Bakı nümayəndəliyindən AzadlıqRadiosuna verilən məlumatda bildirilib ki, qeyri-dəqiq məlumatların verilməsi həm saxlanılan şəxslərə, həm də onların ailə üzvlərinə mənfi təsir göstərə bilər.

Qurum hesab edir ki, həmişə saxlanılan şəxslərə aid məlumatları ancaq onların ailələri və ya hər iki tərəfin müvafiq hakimiyyət orqanları ilə bölüşməyə və müzakirə etməyə üstünlük verir və azadlıqdan məhrum olunmuşların ictimaiyyətin müzakirə obyektinə çevrilməməsinə çalışır.

Komitə həmçinin nəzərə çatdırır ki, BQXK saxlanılan şəxslərə öz ailələrinə Qırmızı Xaç məktubu adlanan məktub yazmaq imkanı yaradır. Bununla belə, həmin məktubların iş prinsipinə uyğun olaraq nəzərdən keçirildiyini və əgər onların məzmununda ailə məlumatlarından əlavə məlumat olarsa, bu zaman məktub saxlanılan şəxsə və ya onun ailəsinə geri qaytarıla bilər.

Komitə qeyd edir ki, saxlanılan şəxs onun arzusu olmadan məktub yazmağa və ya qəbul etməyə məcbur edilə bilməz.

Günün bütün mövzuları

XS
SM
MD
LG