Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:10

«Eurovision» müsabiqəsində ney səsi eşidiləcək


«Erovision» müsabiqəsinə hazırlaşan Səfurə Əlizadənin ifa edəcəyi xarici mahnıdan ney səsi də gələcək.

Layihənin müsiqi koordinatoru Zəhra Bədəlbəylinin mətbuata verdiyi məlumata görə, «Drip Drop» mahnısında milli not olması üçün ona ney səsi əlavə olunacaq.

Bəzi müsiqiçilər və bəstəkarlar Avroviziya musiqisində Azərbaycan nümayəndəsinin ifa edəcəyi mahnıda milli koloritin yoxluğundan narazı qalmışdılar.

Layihə təşkilatçıları xatırladırlar ki, Azərbaycan müsabiqəyə qoşulan ili Elnur-Samir duetinin ifa etdiyi «Day after day» mahnısına milli koloriti muğam, ötən il Aysel-Araş duetinin ifa etdiyi Alveys mahnısında isə tar yaratmışdı.
XS
SM
MD
LG