Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:45

26 Bakı komissarının dəfni ilə bağlı kino kadrlar tapıldı



Dövlət Film Fondunun rəhbəri Cəmil Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanın milli arxivində ezamiyyətdə olub.

C. Quliyevin APA-ya verdiyi məlumata görə, səfər zamanı Gürcüstan Milli Film Fondundan nadir və qiymətli arxiv sənədlərinin surətləri Azərbaycana gətirilib.

Fond rəhbəri bu sənədlər arasında rus fotoqrafı Dmitri Yermakovun 1854-1880-ci illərdə Bakı, Şamaxı, Gəncə, Şəki, Lənkəran və Naxçıvanda çəkdiyi fotoların surətlərinin, XX əsrin əvvəllərində gürcü kinooperatorları tərəfindən lentə alınmış Bakı komissarlarının dəfni ilə bağlı kinokadrlar və 1928-ci ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin iclasların kinoxronikasının olduğunu deyib:

“Bu xronikalar arasında Azərbaycan Milli Dram Teatrının 1960-cı ildə Tiflis şəhərində qastrol səfərindən çəkilmiş kinolent də var. Azərbaycanın ilk professional kinorejissoru Səməd Mərdanovun, eləcə də xalq artisti, teatr və kino aktyoru Mustafa Mərdanovun Tiflis şəhərində vaxtilə yaşadıqları evin təsviri və fotoları da çəkilərək fondun arxivinə daxil edilib”.

C. Quliyev əlavə edib ki, bu yaxınlarda Gürcüstan Milli Film Arxivindən akademik Mustafa Topçubaşovla bağlı unikal kino kadrları da fonda daxil olacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG