Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:25
«Yeni Müsavat»:

Bakının terrora həssas nöqtələri necə mühafizə olunur?

Martın 29-da Moskva metrosunda həyata keçirilən və 39 nəfərin ölümü ilə nəticələnən faciə Azərbaycanın daxilində təxribatlar, hətta terror aktları həyata keçirilməsinin mümkünlüyü məsələsini gündəmə gətirdi.

MTN-nin keçmiş əməkdaşı, politoloq Ərəstun Oruclu, Azərbaycandakı hüquq-mühafizə orqanlarının, o cümlədən terrorla bilavasitə mübarizə aparmalı onların peşəkarlıq səviyyəsini qənaətbəxş hesab etmir: «Neft Akademiyasında baş verən dəhşətli terror MTN-in Nəsimi rayon şöbəsindən cəmi 10 metrlik məsafədə baş vermişdi. Amma hadisəyə reaksiyalar fərqli idi».

«Azadlıq»:

Əli Kərimli: «Tarixin sonu»na lap az qaldı

Demokratiyanın bərqərar olması prosesin sonudur.

İraqda da seçkilər demokratik keçdi.

İraq faktiki işğal altındadır, terror hücumları demək olar i, hər gün, hər həftə insanların ölümünə, yaranılıb şikəst olmasına səbəb olur. Ancaq demə, belə bir ağır şərtlər altında da İraqda demokratiya inkişaf edirmiş.

Yaxşı xatırlayıram, 90-cı illərdə bizim demokratik düşərgədə belə bir fikir çox populyar idi ki, islam dünyasında Azərbaycan Türkiyədən sonra demokratiya qurmaq şansı ən yüksək olan ölkədir. Əliyevlərin sülalə hakimiyyəti bizi cəhalətə apardıqca, görün islam dünyasında nə qədər xalq yanımızdan ötüb demokratiyaya qovuşub.

«Yeni Azərayacan»

Aydın Mirzəzadə: «Seçki Məcələssinin indiki forması seçkilərin yüksək səviyyədə keçirilməsinə imkan verir»

Seçki Məcəlləsinin parlament seçkilərinə kimi dəyişdirilməsi məsələsinə toxunan A.Mirzəzadə belə bir addıma ehtiyac olmadığını deyib. O, Seçki Məcələsinin indiki formasının hər üç – prezident, parlament və bələdiyə seçkilərinin yüksək səviyədə keçirilməsinə imkan verdiyini bildirib.

«Bizim yol»:

Elektron hökümətin fiaskosu. Virtual aləmədə bələdiyyələr yoxdur

Ölkənin əksər özünüidarə qurumları internertdən istifadə edə bilmir

Bir neçə il öncədən elektron hökumət yaradılması nəzərdə tutulur. Bu məqsədlə 2004-2008-ci illəri əhatə edən «Elektron Azərbaycan Dövlət Proqramı» da qəbul olundu. Bütün bunlar rəsmi strukturların, məhkəmə orqanlarının və bələdiyyələrin informasiya baxımından cəmiyyətə açıq olmasını təmin etməyə, hər bir təşkilatın rəsmi internet saytının, blokunun, portalının yaranmasına hesablanmışdı. Artıq 12 ildir ki, Azərbaycanda bələdiyyə institutu yaranıb.
İnternet Forumun prezidenti Osman Gündüz isə bu sahədə vəziyyətin çox acınacaqlı olduğunu bildirib: «Biz dövlət proqramının icrasının monitorinqini aparmışıq. Burada ən aşağı nəticə bələdiyyələrə məxsusdur. Cəmi 7-8 bələdiyyənin saytı var».

«Azərbaycan»:

Bu günlərdə «Əcəmi» nəşriyyatı «Azərbaycan folkloru antologiyası» seriyasından «Naxçıvan folkloru antologiyası»nın birinci cildini oxuculara hədiyyə edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin sərəncamına əsasən AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutu Folklorşünaslıq şöbəsinin hazırladığı bu cildə dünyanın ən qədim sivilizasiya mərkəzlərindən olan Naxçıvanın zəngin folklor mühitindən toplanılmış qiymətli və əvəzsiz folklor örnəkləri daxil edilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG