Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:34

İran Allavinin yenidən baş nazir olmasını istəmir


İraqın sabiq baş naziri İranı parlament seçkilərinə müdaxilə etməkdə ittiham edib. İyad Alavinin «İraqiyə» alyansı martın 7-də keçirilən seçkilərdə qələbə qazanıb, parlamentdə 91 yerə yiyələnib.

Alavi «BBC»yə müsahibəsində bildirib ki, Tehran İraqın siyasi proseslərinə ciddi şəkildə müdaxilə edirdi və bu müdaxilə «narahat» edirdi.

Allavi qeyd edib ki, İran rəhbərliyi onun blokundan başqa İraqın bütün əsas siyasi partiyalarının nümayəndələrini Tehrana danışıqlara dəvət edib. Allavi hesab edir ki, İran rejimi onun yenidən baş nazir olmasının qarşısını almaq istəyib.

Hazırkı baş nazir Nuri əl-Malikinin bloku seçkilərdə daha az - 89 yer qazanıb. Maliki ikinci müddətdə hakimiyyətdə qalmaq istəyir, danışıqlar yolu rəqibi Şiə bloku ilə koalisiya yaratmağa çalışır.

Günün bütün mövzuları

XS
SM
MD
LG