Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:30

Qubadakı kütləvi məzarlıq ziyarət olunur


Qubadakı kütləvi məzarlığın ziyarəti davam edir. Martın 31-də bir qrup yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri, millət vəkilləri və rayon rəhbərliyi məzarlığı ziyarət edib.

AzadlıqRadiosunun məlumatına görə rayon rəhbərliyi yaxın vaxtlarda məzarlıq üzərində abidə tikilərək istifadəyə veriləcəyini bildirib. Millət vəkili Vahid Əhmədov isə bildirib ki, bu məzarlıq sonuncu deyil və açılması nəzərdə tutulan kütləvi quyular yenə var.

Kütləvi məzarlıq 2007-ci ildə Qubada stadionun tikintisi zamanı aşkarlanıb. Burada 1918-ci ildə ermənilər və bolşeviklər tərəfindən öldürüldüyü iddia olunan azərbaycanlı və yəhudilər dəfn edilib.


Günün bütün mövzuları

XS
SM
MD
LG