Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:03

Bhuttonun qətli ilə bağlı BMT-nin hesabatı ləngidi


BMT-nin Baş Katibi Ban ki-Mun Pakitsanın keçmiş Baş naziri Benazir Bhuttonun qətli ilə bağlı hesabatın elan edilməsini təxirə salıb. Bunu ondan Bhuttonun əri, ölkənin indiki prezidenti Asif Əli Zardari xahiş edib.

Bu barədə BMT-nin sözçüsü məlumat verib.

Bhuttonun qətlini araşdıran BMT komissiyasının hesabatı aprelin 15-də açıqlanacaq. Sözçüsü Pakistan prezidentinin son anda niyə bu barədə xahiş etməsinin səbəbini bilmədiyini deyib.

Benazir Bhutto 2007-ci ilin dekabrında qətlə yetirilib. O zaman prezident Pərviz Müşərrəf bu qətlə görə Pakistan yaraqlılarının rəhbəri Bitullah Məsudu ittiham etmişdi. Amma Bhuttonun partiyası Müşərrəf və ya onun müttəfiqlərindən birinin bu qətldə əli olduğunu iddia edir. Buna görə partiya həmin qətli BMT-nin araşdırmasını tələb edib və bu tələb yerinə yetirilib.
XS
SM
MD
LG