Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:07

Azərbaycanda beynəlxalq virtual dialoq keçirilir


Martın 29-dan başlayan onlayn forumda dünyanın müxtəlif nöqtələrindən olan minlərlə insan planetin ən mühüm problemlərini müzakirə etməyə başlayıblar. Müzakirələrdə əsas mövzular dünyanın ayrı-ayrı guşələrindəki insanlar arasında təhsil, ətraf mühitin qorunması, gənclərin və qadınların rolunun artırılması ilə bağlı olub.

ABŞ prezidenti Barak Obamanın Qahirədəki «Yeni Başlanğıclar» çıxışından irəli gələn «Dünyanın Nəbzi 2010» adlı beynəlxalq virtual dialoqda iştirak edən 9 ölkə arasında Azərbaycan da var.

Virtual dialoqda iştirak edən ABŞ-ın Azərbaycandakı Müvəqqəti İşlər Vəkili Donald Lu bildirib ki, «Dünyanın Nəbzi, bir-birinə qulaq asmaq və birlikdə daha yaxşı gələcək qurmaq barədədir».

«Qlobal problemlər qlobal həll yolları tələb edir və prezident Obama yeni, sağlam ideyaları tapıb ortaya çıxartmaq üçün bütün dünya üzrə tərəfdaşlarımızla təmas qurmağı prioritet sahə elan etmişdir» – deyə Donald Lu əlavə edib.

«Dünyanın Nəbzi» virtual diskusiya Azərbaycanda ilk dəfədir keçirilir. Martın 29-dan 31-dək davam edəcək tədbir Bakının beş müxtəlif ünvanında təşkil edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG