Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:22

«Əmlak vergisi ödəmək üçün vətəndaşların vergi pasportu olmalıdır»


Qubad İbadoğlu

Qubad İbadoğlu

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu «İşdən sonra»da belə deyib. Bu gün verilişdə əmlak vergisindən danışılıb:

- İndiyə kimi bu verginin ödənilməsi ənənəsi olmayıb. Bu istiqamətdə ödənişləri qaydaya salmaq lazımdır. Yerli vergi ödəyicisiyəmsə və bələdiyyələrin sahəsində yaşayıramsa bələdiyyələr əvvəlcə mənə yerli vergi ödəyicisinin ümumiləşdirmə kodunu versinlər, mən bilim ki, mənim şəhadətnaməm var, bələdiyyədə vergi ödəyicisi kimi qeydiyyatım var, ondan sonra başlayım vergi ödəməyə. Bələdiyyələr bundan başlamalıdırlar. Sonra müəyyənləşdirməlidirlər ki, hesablanma necə aparılmalıdır, invertar yoxsa bazar dəyərləndirməsi ilə. Bazar dəyəri dinamikdir, hər il ucuzlaşa da bilir, bahalaşa da. Onda hər il təzədən vergi ödənilməmişdən əvvəl qiymətləndirmə getməlidir. Bütün bu məsələlər aydınlaşandan sonra mən vergi ödəyicisi kimi vergi ödəməyə başlaya bilərəm.

Yasamal rayon bələdiyyəsinin sədr müavini Əli Əkbərli deyir ki, onlar artıq sahələrində əmlak vergisi toplamağa başlayıblar:

- Ümumilikdə 30 faizə qədər yığım var. Əgər əmlak vergisi tam yığılsa büdcə daha çox formalaşar. Amma tək əmlak vergisi deyil əhalidən yığılan kommunal xidmət pulunda da problem var. Həmişə problemlər olub, o cümlədən də bizdə əmlak vergisinin yığılması ənənəsi yenicə yaranır. Əlbəttə, əvvəlcə qiymətləndirilmə aparılmalıdır. Qanunvericilikdə müəyyən olunub ki, bazar qiymətləndirilməsinə görə 3 ildən bir qiymətləndirmə aparılmalıdır. Hər bir vergi ödəyicisinin pasportu olmalıdır. Bütün obyektlər siyahıya alınmalıdır, texniki göstəricilər pasportda göstərilməlidir və buna uyğun qiymətləndirmə aparılmalıdır. Vergi ödəyici kodu veriləndən sonra da vergi ödənilməlidir. Biz Yasamal bələdiyyəsində o kodları verməyə artıq başlamışıq.

Qiymətləndirmə üzrə mütəxəssis Nüsrət İbrahimov hesab edir ki, əmlak vergisi əhalinin işini asanlaşdıracaq:

- Deyilən məqamlar həyata keçirilsə, mülki şəxslərdən əmlak vergisinin yığımı qaydaya salınsa, büdcəni formalaşdırmaq müəyyən qədər rahat olar. Əhali üçün də müsbət nəticəsi olacaq. Əhali mənzil tikintisində, ev tikintisində mənzil alanda öz büdcəsinə uyğun hərəkət edəcək.

Əmlak vergisi barədə bilmədiklərinizi öyrənin.

AUDİONU DİNLƏYİN

/ Hazırladı Gülər Qasımova /

Şərhləri göstər

XS
SM
MD
LG