Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:20

ABŞ səfirinin təyini bürokratik proseduralara görə gecikir


«Azərbaycanda ABŞ səfiri təyin edilməsinin yubadılması ABŞ-da bürokratik proseduralarla bağlıdır». Bu barədə ABŞ-ın Azərbaycanda müvəqqəti işlər vəkili Donald Lu Amerikanın yeni səfirinin təyinatının yubadılmasının səbəbləri ilə bağlı sualı cavablandırarkən deyib.

Lunun sözlərinə görə, səfirin olmaması ikitərəfli münasibətlərin hazırkı vəziyyətinin göstəricisi deyil. O qeyd edib ki, ABŞ-ın partnyoru olan bir sıra digər ölkələrdə yeni səfirlər təyin edilməyib. «Amma bu, bizim münasibətlərimizin xarakterini əks etdirmir, yalnız bürokratik sistemin nəticəsidir», deyə Lu bildirib.

ABŞ-Azərbaycan münasibətlərini «möhkəm» adlandıran Lu sözlərinin təsdiqi olaraq müxtəlif səviyyəli rəsmilərin müntəzəm qarşılıqlı səfərlərinə diqqət çəkib.

O, ABŞ-ın Azərbaycanda yeni səfirinin ən yaxın zamanda təyin ediləcəyinə ümid etdiyini bildirib.

ABŞ səfirinin Bakıdakı yeri ötən ilin iyulunda Enn Dersin bu vəzifəni tərk etməsindən sonra boş qalıb. /Turan/
XS
SM
MD
LG