Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:08

Həmsədrlər Ermənistanda və Qarabağda müzakirələr aparıb


Yerevanda səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanatla çıxış ediblər. Bəyanatda deyilir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri - Yuri Merzlyakov, Bernar Fasye və Robert Bradke martın 26-29-da Yerevana və Dağlıq Qarabağa səfər ediblər. Martın 27-də onlar de-fakto hakimiyyətlə danışıqların hazırki vəziyyətinə dair görüş keçiriblər. Martın 28-də prezident Serj Sarkisyan və XİN rəhbəri Edvard Nalbandyanla görüşüblər, Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə təməl prinsiplərlə bağlı şərhlərini müzakirə ediblər.

Həmsədrlər Ermənistanda bir sıra digər görüşlər də keçiriblər: “Bu görüşlərin və Parisdəki görüşlərin yekunlarına görə həmsədrlər tərəflərin Madrid prinsipləri çərçivəsində sülh yolu ilə həllə sadiq olduqlarını məmnunluqla qeyd edirlər”.

Bir müddət əvvəl Bakı Madrid prinsiplərinin yenilənmiş variantını qəbul etdiyini bildirmişdi və Yerevanı danışıqları yubatmaqda ittiham etmişdi.

XS
SM
MD
LG