Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:56

Türkiyə İrana qarşı sanksiyaların əleyhinədir


Türkiyə İrana qarşı iqtisadi sanskiyaların qoyulmasının tərəfdarı deyil. Türkiyənin Baş naziri R.T.Ərdoğan martın 29-da, bu gün, Almaniyanın Baş kansleri Angela Merkellə görüşdə bel ədeyib. Ərdoğanın sözlərinə görə, sanskiyalar yetərincə doğru yol deyil və ən yaxşı yol diplomatik yoldur.

Angela Merkel Türkiyəni İrana qarşı qəbul edilə biləcək sanskiyaları dəstəkləməyə hazırlıqlı olmağa çağırıb.

Türkiyə BMT-Təhlükəsizlik Şurasının daimi olmayan üzvlərindəndir. Amma Ərdoğan bildirib ki, hələ ki İrana qarşı sanksiyalar haqda Təhlükəsizlik Şurasıın qərarı olmadığından bu haqda danışmaq tezdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG