Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:44

İsrail Xarici İşlər Nazirindən daha bir qalmaqallı açıqlama


Qəzzada Həması məhv eləməyi İsraildən Fələstin Prezidenti Mahmud Abbas istəyibmiş. Amma sonradan fikrini dəyişib.

İsrailin Xarici İşlər naziri Aviqdor Liberman belə deyib.

Libermanın sözlərinə görə, ötən il Fələstin muxtariyyətinin prezidenti, FƏTH partiyasından olan Mahmud Abbas özü İsrailə müraciət edibmiş ki, Qəzza bölgəsində vəziyyəti nəzarətdə saxlayan Həması məhv eləsin. Amma sonradan Mahmud Abbas fikirini dəyişib və İsraili müharibə cinayətlərində ittiham eləyib.

Mahmud Abbasın yardımçısı bu ittihamları təkzib edib. Bildirib ki, bu, İsrail hakimiyyətinin yəhudi məskənləri salma planların üzündən sülh danışıqlarının pozulması faktını unutdurmaq üçün ortayaatdığı cəfəng bir iddiadır.

Aviqdor Liberman özü o vaxt vəzifədə olmasa da, o vaxtki İsrail Baş naziri Ehud Olmertin müşaviri iddiaların həqiqət olduğunu deyib.
Həmas təşkilatı 2008-ci ilin dekabrında başlayan hücum zamanı Mahmud Abbas hökumətini də İsraili dəstəkləməkdə ittiham eləmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG