Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:25

Türkiyə Oabamanı "erməni soyqırımı" adlı sənədi rədd eləməyə çağırıb


Türkiyə Obama Administrasiyasını uydurma erməni genosidi iddialarıyla bağlı qanun layihəsinin qarşısını almağa çağırıb.

Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, nazir Ahmet Davutoğlu ABŞ Dövlət Katibi Hillari Klintonla telefon danışığında bu müraciətieləyib. Davutoğlu daha öncə Xarici Əlaqələr Komitəsində qəbul edilən qanun layihəsinin Nümayəndələr Palatasında səsvereməyə çıxarılmasının qarşısını almağa çağırıb.

Martın 4-də ABŞ Nümayəndələr Palatasının Xarici Əlqələr Komitəsi Osmanlı hakimiyyəti vaxtı baş verən hadisələri gneosid adlandıran sənədi qəbul edib, ABŞ prezidenti Obamanı dab u faktı genosid kimi tanımağa çağırmışdı.

O vaxt H. Klinton komitəni bu sənədi qəbul etməməyə çağırımışdı.

Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı xəbərə görə, A. Davutoğlu xanım Klintona bir daha xatırladıb ki, bu cür sənədin qəbulu Türkiyə-ABŞ münasibətlərinə və Türkiyənin Ermnistanla yaxınlaşma prosesinə mənfi təsir edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG