Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:28

Neft Akademiyasının rəhbərliyi qovduğu tələbəsinə barışıq təklif edib


Elmin Bədəlov
Elmin Bədəlov
Martın 29-da Nəsimi Rayon Məhkəməsində Azərbaycan Dövlət Neft Akademiyasının tələbəsi Elmin Bədəlovun həmin ali məktəbə və ali məktəbin rektoru Səyavuş Qarayevə qarşı ali məktəbə bərpaya dair iddiasına baxılıb.

Məhkəmə iclasına hakim İkram Şirinov sədrlik edir.

Prosesdə cavabdeh tərəfin nümayəndəsi keçmiş tələbəyə barışıq təklif edib. Elmin Bədəlova təklif olunub ki, o, sentyabr ayından Akademiyada 4-cü kursdan təhsilini davam etdirə bilər. Elmin Bədəlov təkliflə qismən razılaşıb. O, məhkəmənin nəzərinə çatdırıb ki, Akademiyadan uzaqlaşdırılandan sonra hərbi xidmətə çağırış vərəqəsi alıb. Sentyabr ayınadək hərbi xidmətə daha iki çağırış olacaq və üçüncü çağırışda o, məcburi şəkildə hərbi xidmətə aparılacaq. Bu isə o deməkdir ki, hətta barışıq olsa belə, o, Akademiyada təhsilini davam etdirə bilməyəcək. Akademiya rəhbərliyi ona hərbi xidmətdən möhlət almalıdır.

ALİ MƏKTƏB RƏHBƏRLİYİ ELMİN BƏDƏLOVA MÖHLƏT ALMAQ FİKRİNDƏ DEYİL


Lakin Akademiyanın nümayəndəsi məhkəməyə bildirib ki, ali məktəb rəhbərliyi Elmin Bədəlova möhlət almaq fikrində deyil. Belə olan halda Elmin Bədəlov Neft Akademiyası rəhbərliyinin barışıq təklifini qeyri-səmimi adlandırıb:

«Bu necə ola bilər, məni Akademiyaya bərpa edirlər və deyirlər sentyabr ayından gəl, 4-cü kursdan başla təhsilini davam etdir, digər tərəfdənsə mənə hərbi xidmətdən möhlət alınmasını üzərilərinə götürmürlər. Belə çıxır ki, məhkəmədə barışıq olacaq və uzağı iki aydan sonra məni hərbi xidmətə aparacaqlar, mən onsuz da təhsilimi davam etdirə bilməyəcəyəm».

Elmin Bədəlova dəstək aksiyası, 19 fevral 2010
Elmin Bədəlov bildirib ki, Biləsuvar rayon Hərbi Komissarlığı tərəfindən prokurorluğa verilib.

TƏHSİL NAZİRLİYİNİN NÜMAYƏNDƏSİ MƏHKƏMƏYƏ GƏLSİN


Sonra Elmin Bədəlov məhkəmədə vəsatət qaldırıb ki, Təhsil Nazirliyi də məhkəmə prosesinə cəlb edilsin: «Mən tələbəyəm və ali məktəbi məhkəməyə vermişəm. Təhsil Nazirliyinin nümayəndəsinin məhkəmədə iştirakı mütləqdir».

Məhkəmə prosesi aprelin 5-də davam edəcək.

Elmin Bədəlov Dövlət Neft Akademiyasının 4-cü kursunda təhsil alarkən bu ilin yanvar ayında rektorun əmrinə əsasən Akademiyadan uzaqlaşdırılıb. Rektor tələbəni Akademiyadan çıxarmasını onun imtahandan qeyri-kafi qiymət alması ilə əlaqələndirib. Keçmiş tələbə isə iddia edir ki, o, Akademiya rəhbərliyindən Təhsil Nazirliyinin komissiyası və jurnalistlərin müşahidəçiliyi ilə təkrar imtahan olunmasını istəyib. Lakin Akademiya rəhbərliyi buna razı olmayıb.

Elmin Bədəlov ali məktəbdən uzaqlaşdırılmasını yerli kütləvi informasiya vasitələrində Akademiyadakı rüşvətxorluqla, maxinasiyalarla bağlı materiallar dərc etdirməsi ilə əlaqələndirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG