Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 10:11

Keçmiş prokuror oğlunun cəzası qüvvədə saxlanılıb


Bakı Apellyasiya Məhkəməsində ötən il narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək müxtəlif müddətlərə məhkum olunmuş 13 nəfərin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. Prosesə hakim Mirpaşa Hüseynov sədrlik edib.

Əzizbəyov rayonunun sabiq prokuroru Rəşid Həsənovun oğlu Yalçın Həsənovun və digər 12 nəfərin apellyasiya şikayəti təmin olunmayıb.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamlının oğlu Mahir Mirsalamlı ilə birlikdə Əzizbəyov rayonunun sabiq prokuroru Rəşid Həsənovun oğlu Yalçın Həsənov, xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov, Elşən Rüstəmov, Əli İsmayılov, Zubiyə Qulami, Vüqar Əliyev, Ramin Həsənov, Kamilə Eyvazova, Elşən Budaqov, Həsən Həsənov, Mirəli Əliyev, Ruslan Rüstəmov və Ruslan Zalıyev də mühakimə olunub.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Yalçın Həsənov 8 il, Həsən Həsənov 7 il 3 ay, Ruslan Rüstəmov 7 il 3 ay, Ruslan Zalıyev 2 il, Vüqar Əliyev 2 il, Cavid Əliyev 2 il, Zubayə Qulami 6 il, Əli İsmayılov 7 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Orxan Nadirov 11 ay, Kamilə Eyvazova və Ramin Həsənov 10 ay, Elşən Budaqov və Mirəli Əliyevə 9 ay cəza verilib və onların həbsdə olduqları müddət cəza müddətinə hesablanaraq məhkəmə zalından azad olunublar.

Məhkəmə Mahir Mirsalamlının ağır xəstə olmasını əsas gətirərək onun barəsindəki cinayət işini ümumi işdən ayırmaq və cinayət işinin icraatını dayandırmaq barədə qərar qəbul edib.
XS
SM
MD
LG