Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:10
İnsan haqları müdafiəçiləri Şri-Lanka hakimiyyətini çağırıblar ki, yazıçı Malini Pereranı azadlığa buraxsın.

Polis qadın yazıçını “dövlətçilik əleyhinə fəaliyyətinə görə” həbs etdiyini bildirir, amma detallı məlumat vermir.

Perera Şri-Lankada çoxluqda olan sinqal etnik qrupundandır. O, on il qabaq Bəhreyndə İslamı qəbul edib. Bəhreyn vətəndaşıdır.

38 yaşlı yazıçı üç ay Şri-Lankada qalandan sonra Bəhreynə qayıtmaq istərkən paytaxt Kolomboda həbs edilib.

Məlumatlara görə, o, sinqal dilində yazdığı və Şri-Lankada çap etdirdiyi iki kitabının bir neçə nüsxəsini Bəhreynə göndərərkən həbs edilib.

Yük daşınması xidmətinin rəhbəri “buddizmi təhqir edən” kitablar barədə polisə məlumat verəndən sonra.

Bəhreynin İnsan Haqları Cəmiyyətinin baş katibi deyib ki, yazıçının Bəhreynə qayıtması üçün əllərindən gələni edəcəklər.

“Xanım Perera İslamı öz istəyilə qəbul edib, onu heç kəs buna məcbur etməyib.

Dinini dəyişmək hər bir adamın fərdi seçimidir. Bundan başqa - fikir azadlığı deyilən bir şey var. Mən inanıram ki, xanım Pereranın kitabları buddizmə qarşı yönəlməyib”.

Şri-Lanka mətbuatı yazır ki, kitablar “Qaranlıqdan İşığa” və “Suallar və cavablar” adlanır.

Yazıçı bu kitablarda dinini dəyişməsindən bəhs edir, buddizm haqqında da fikrini bildirir.

Şri-Lanka dünyəvi dövlət olsa da, çoxluğun dini olan buddizm haqqında debatlar həddən artıq həssas məsələdir.

Bu ay Şri-Lanka hakimiyyəti Amerika müğənnisi Akona viza verməkdən imtina edib.

Buna səbəb buddist rahiblərin müğənninin kliplərinin birində Buddanın heykəli yanında çimərlik geyimli qızların rəqs etməsinə etiraz etmələri idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG