Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:42

Rail Rzayevin köməkçisinin və yavərinin məhkəməsi qapalı elan edildi


Rail Rzayev ötən il fevralın 11-də qətlə yetirilib

Rail Rzayev ötən il fevralın 11-də qətlə yetirilib

Martın 29-da Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə müdafiə nazirinin sabiq müavini, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının keçmiş komandanı, general-leytenant Rail Rzayevin yavəri Anar Haşımovun, köməkçisi Aydın Rəfiyevin və sonuncunun oğlu Anar Rəfiyevin məhkəməsi başlayıb. Məhkəmə iclasına hakim İslam Neymanov sədrlik edir.

Məhkəmə iclasında ittiham aktı elan edilib. İttihama görə, Rail Rzayevin köməkçisi Aydın Rəfiyev və yavəri Anar Haşımov ötən il fevralın 11-də Rail Rzayev qətlə yetiriləndən dərhal sonra onun iş otağından külli miqdarda qızıl-zinət əşyaları, xeyli sayda dərman preparatı, DVD-lər və generala məxsus seyfdən 200 min avro məbləğində pul oğurlayıblar.

İkinci ittihamsa ondan ibarətdir ki, Aydın Rəfiyev oğlu Anar Rəfiyevlə cinayət əlaqəsinə girərək ötən ilin mart ayında Müdafiə Nazirliyinə qaytarılması üçün ona verilmiş və Rail Rzayevə məxsus olan hərbi qış gödəkcəsini, generalın xidməti avtomobilinə təhkim olunmuş 10-00 HM hərbi nömrə nişanını nazirliyə qaytarmadan Anar Rəfiyevə məxsus maşında saxlayıb.

Başqa ittihama görə, Anar Rəfiyev «Aztol Telekom» MMC-də satış üzrə menecer vəzifəsində çalışdığı müddətdə ona etibar edilmiş 18 ədəd mobil telefonu mənimsəyib.

İttiham aktının elanı başa çatandan sonra hakim məhkəmə iclasını qapalı elan edib. Bundan sonra proses təqsirləndirilən şəxslərin ifadələri ilə davam edib. Təqsirləndirilənlər ifadələrində göstəriblər ki, ittihamlar üzrə özlərini təqsirli bilmirlər.

Şərhləri göstər

XS
SM
MD
LG