Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:17
Moskva metrosunda baş vermiş partlayışda ölənlərin sayı 38 nəfərə çatıb.

MATƏM ELAN OLUNDU

Moskvada metropolitendə baş verən hadisə ilə bağlı martın 30-u - sabah matəm günü elan olunacaq. Moskva hökuməti partlayış nəticəsində yaralananlara və həlak olanların ailələrinə maddi yardım ayrılması ilə bağlı göstəriş verib.

Rusiya prezidenti Dmitri Medvedev hüquq-mühafizə orqanlarına bütün ölkədə təhlükəsizlik tədbirlərini gücləndirmək tapşırığı verib.

***

Moskvada iki qadının axtarışı elan olunub, istintaq ehtimalına görə, onlar metronun girişinədək iki partlayışı törətmiş kamikadzeni müşayiət ediblər.

***

QURBANLAR ARASINDA AZƏRBAYCANLI YOXDUR

Azərbaycanın Rusiyadakı səfirliyindən APA-ya verilən məlumatda deyilir ki, yerli vaxtla 09.57 radələrində daxil olan siyahıya görə, terror aktlarının qurbanları arasında azərbaycanlılar yoxdur.

***

Moskva metrosunun iki stansiyasında törədilmiş partlayış nəticəsində 36 nəfər ölüb, 30-dan çox adam yaralanıb. Məlumatı Rusiya Baş Prokurorluğunun İstintaq İdarəsi yayıb.

İlkin partlayış yerli vaxtla səhər saat 8 radələrində «Lubyanka» metrostansiyasında olub, nəticədə 23 nəfər ölüb, 18 nəfər yaralanıb.

İkinci partlayış təxminən yarım saat sonra «Park kulturı» metrostansiyasında törədilib. Burada isə 12 nəfər həlak olub, 15 nəfər isə yaralanıb.



Partlayışın gücü 3 kiloqram trotilə bərabər olub, hadisəni kamikadze törədib.

Xilasedicilər, həkimlər və müstəntiqlər hadisə yerində çalışırlar. Qatarların hərəkəti dayandırılıb.

***

MOSKVA METROSUNDA PARTLAYIŞ

Xəbər verilir ki, ilk partlayış «Lyubyanka» stansiyasında saat 7.52-də baş verib. Partlayış stansiyaya yan alan qatarın 2-ci vaqonunda olub. Burada azından 20 nəfər həlak olub. Hüquq-mühafizə orqanları istisna etmirlər ki, partlayıcı maddəni intiharçı işə salıb.

«İnterfaks» agentliyi isə ekspert rəyinə istinadən bildirir ki, partlayışın forması qurğunun mobil telefonla işə salınmasına dəlalət edir.

«Park Kulturı» stansiyasındakı partlayıcı qurğu təqribən saat 8.40-da işə düşüb. Rusiyanın FHN istinadən «İntefaks» bu partlayışda 12 nəfərin öldüyünü bildirir.

Hadisə yerində xisaletmə işləri gedir. Təcili yardım və yanğınsöndürən maşınları Moskvadakı avtomobil tıxaclarını qət edib hadisə yerinə gəlməkdə çətinlikliklərlə üzləşiblər.

Rusiya Baş Prokurorluğunun nümayəndəsi Vladimir MArkin jurnalistlərə deyib ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 205-ci maddəsi - Terrorçuluq üzrə cinayət işi qaldırılıb.



Həmçinin bax: Moskva metrosunda partlayışların tarixi

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG