Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:29

İsrail-Fələstin arasında sülh danışıqları yenidən başlana bilməz


İsrail işğal etdiyi ərazilərdə tikinti işlərini dayandırmayınca, İsrail-Fələstin arasında sülh danışıqları yenidən başlana bilməz. Liviyada keçirilən Ərəb Dövlətləri Liqasının sammit iştirakçıları belə bir nəticəyə gəliblər.

Ərəb Dövlətlərinin liderləri Amerika prezidenti Barak Obamanı çağırıblar ki, yeni yəhudi qəsəbələrinin salınmasına qarşı olan ilkin mövqeyinə sadiq qalsın.

Liqa həm də elan edib ki, fələstinlilərin gələcəkdə öz dövlətlərinin paytaxtı kimi görmək istədikləri Şərqi Yerusəlimdə məskunlaşmaya dəstək məqsədilə 500 milyon dollar vəsait ayırmaq fikrindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG