Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:57

Barak Obama gözlənilmədən Əfqanıstana gedib


Amerika preaidenti Barak Obama gözlənilmədən Əfqanıstana qısamüddətli səfər edib. Bu, onun president kimi Əfqanıstana ilk səfəridir.

Barak Obama Əfqanistan prezidenti Həmid Kərzayilə danışıqlar aparıb və Baqram hərbi bazasında Amerika əsgərləri qarşısında çıxış edib. Kərzai ilə görüşdə Obama deyib ki, Əfqanıstan hökumətinin əldə etdiyi uğurlar amerikalılara ümid verir. Amma Obama onu da deyib ki, Əfqanıstan hökuməti korrupsiya və narkotik maddə alveri ilə mübarizəni gücləndirməlidir.

İki min Amerika əsgərinin qarşısında çıxış edən prezident Obama «Əl-Qaidə» və «Taliban»a qarşı əməliyyatların uğurlu olmasına əminliyini bildirib.

«Frans Press»in məlumatına görə, Amerika prezidentinin Əfqanıstana səfəri təxminən 5 saat çəkib və təhlükəsizlik tədbirləri gücləndirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG