Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:07

Ağdamda etiraz aksiyası


Ağdam ərazisində məcburi köçkünlər üçün salınmış «Dördyol-1» qəsəbəsində məskunlaşmış sakinlər etiraz aksiyası keçiriblər. Xəbəri APA yayıb.

Məlumata görə, məcburi köçkünlər sözügedən qəsəbədə sayğaclaşdırma prosesinə etiraz olaraq bu addımı atıblar. Sakinlər bildiriblər ki, etiraz etməkdə əsas məqsədləri evlərə elektrik sayğaclarının quraşdırılmasına mane olmaq deyil. Onlar qəsəbənin qazlaşdırılmasını, elektrik və qaz sayğaclarının birgə qurulmasını istəyirlər. Məcburi köçkünlər bildiriblər ki, onsuz da onların işlətdiyi elektrik enerjisinin haqqını Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi “Azenerji”yə ödəyir.

Aksiya iştirakçılar qəsəbədəki evlərə sayğac quraşdıran mütəxəssisləri ərazidən çıxarıblar.
XS
SM
MD
LG