Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:59

Müdafiə Nazirliyi Kasprşikin bəyanatıyla razılaşmır


Azərbaycanın Müdafiə Nazirliyi ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin qoşunlarının təmas xəttində atəşkəsin hər il orta hesabla 30 dəfə pozulmasıyla bağlı bəyanatına münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu bildirib ki, Anjey Kasprşik ciddi dəqiqləşdirmələr aparmalıdır.

Çünki onun göstərdiyi rəqəm inandırıcı deyil.

İl ərzində bü cür hallar 600-700-dəfədən çox olur.

Demək olar ki, hər gün cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi pozulur və bunun nəticəsində əlbəttə ki hər iki tərəfdən itkilər olur.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik bu günlərdə təşkilatın jurnalına müsahibəsində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində atəşkəs rejiminin ildə orta hesabla 30 dəfə pozulduğunu və təlafatın azaldığını bildirib.
XS
SM
MD
LG