Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:18

Həmsədrlər Yerevana yığışırlar


ATƏT-in Minsk Qrupunun həmsədrləri Yerevana yığışırlar.

APA –nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, amerikalı həmsədr Robert Bradtke artıq Yerevandadır və görüşlərə başlayıb.

O, dünən Ermənistanın müdafiə naziri Seyran Ohanyanla görüşüb.

Fransalı həmsədr Bernar Fasieylə rusiyalı həmsədr Yuri Merzlyakov isə Yerevana martın 29-da gedəcəklər.

Vasitəçilər Ermənistan rəhbərliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müzakirə edəcəklər.
XS
SM
MD
LG