Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:55

Avropa Birliyi rəsmisi apreldə Azərbaycana gəlir


Avropa Birliyinin xarici əlaqələr və Avropa qonşuluq siyasəti üzrə yeni komissarı Ştefan Fyule apreldə Cənubi Qafqaz regionuna səfər edəcək.

Avropa Birliyinin komissarı regionun hər üç ölkəsinə - Azərbaycana, Gürcüstana və Ermənistana səfər etməyi planlaşdırır.

Səfər çərçivəsində o, bir sıra görüşlər keçirəcək. Görüşlərdə AB-nin Cənubi Qafqaz ölkələri ilə ikitərəfli münasibətləri, həmçinin «Şərq tərəfdaşlığı» proqramı müzakirə olunacaq.

Bu, Ş.Fyulenin AB-nin xarici əlaqələr və Avropa qonşuluq siyasəti üzrə komissarı kimi Cənubi Qafqaza ilk səfəridir. / AzərTAc /
XS
SM
MD
LG