Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:47

İraqın Baş nazir seçkini uduzdu


İraqda parlament seçkisinin bu gün elan edilən rəsmi nəticəsinə görə keçmiş baş nazir İyad Ələvinin bloku indiki baş nazirin blokundan daha iki mandate daha çox qazanıb. Rəsmi nəticələrə görə keçmiş baş nazirin bloku 91, indiki baş nazirin bloku isə 89 yer qazanıb.

Amma seçkinin ilkin elan nəticəsində Nuri Əl-Malikinin tərəfdarlarının daha çox yer aldıqları bildirilirdi.

İrana yaxınlığı ilə seçilən İraq Milli Alyansı isə 70 yerlə üçüncü olub. kürd muxtariyyətinin aldığı mandatrların sayı isə 43-dür. Qalan 17 yeri müstəqil və kiçik partiyalardan olan namizədlər alıblar.

Parlamentdə 15 yer də qanuna görə ölkədəki dini, milli azlıqların nümayəndələrinə veriləcək.

İraq Konstitusiyasına görə parlamentdə yerlərin azı dörddə biri qadınlara verilməlidir.

325 yerlik İraq Parlamentinə seçkilər martın 7-də keçirilmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG