Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:26

Ququş Dubayda konsert verib


Ququş, 26 mart 2008
Əslən azərbaycanlı olan məşhur İran müğənnisi Ququş martın 23-də Dubayda keçirilən konsertində 5 mindən çox insanı bir araya gətirib. Tamaşaçılarının əksəriyyəti iranlılar olub. Ququşu dinləmək istəyənlər 100-800 dollar civarında pul xərcləməli olublar.

Görəsən, 60 yaşlı müğənnini görmək üçün nəyə görə insanlar bu qədər məsafəni qət ediblər?

Bunun bir neçə səbəbi var:

Birincisi, Ququş ölkənin 4 nəslinin ulduzu olub, ikincisi, həmin vaxt Hicri təqvimi ilə Yeni il - Novruz bayramı qeyd olunurdu və üçüncüsü, konsertin keçirildiyi məkan.

Baxmayaraq ki, nə konsertə bilet, nə də Dubaya getmək ucuz deyil, minlərlə Ququş sevər onun canlı ifasını dinləmək üçün özünü kosertə yetirib.

Ququş Tehranda doğulub. Valideynləri ayrılandan sonra atası ilə qalıb. O, müğənni və aktrisa kimi fəaliyyətinə 1960-cı illərdə başlayıb. 25 filmdə çəkilib.

Ququş nəinki İranda məşhur olub, eyni zamanda populyarlığı Yaxın Şərq və Mərkəzi Asiyaya da yayılıb. O, bir sıra məşhur ulduzlarla duet ifa edib – Rey Çarlz, Tina Törner, Şarl Aznaur və Pepino Di Kapri onlardan bəzilərdir.

Azərbaycanda Ququşun ən populyar mahnısı "Ayrılıq" mahnısı idi.

Ququş Azərbaycan, fars, ingilis, fransız, ispan, italyan dillərində mahnılar oxuyub.

Digər tanınmış musiqiçilərdən fərqli olaraq Ququş İslam İnqilabından sonra uzun müddət İranda qalıb, ölkəni yalnız 2000-ci ildə tərk edib.

Mühacirətə gedəndən sonra Ququş 6 albom buraxlb, onun son albomu «Hajme Sabz», yəni «Yaşıl Dalğa» adlanır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG