Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:46

Yeltsinə heykəl qoyurlar


Yekaterinburqda – anadan olduğu şəhərdə Rusiyanın birinci prezidenti Boris Yeltsinə gələn il heykəl ucaldılacaqucaldılacaq.

Heykəli məşhur heykəltəraş Georgi Franqulian hazırlayır. O, AzadliqRadiosuna bildirib ki, 10 metr hündürlüyündə heykəl ağ mərmərdən hazırlanacaq. Onu gələn il fevralın 1-də Yekaterinburqda Boris Yeltsin prospektində ucaldacaqlar.

Yeltsin Fondunun direktoru Aleksandr Drozdov bildirir ki, bu, Yekaterinburqda keçmiş prezidentin adına Mərkəz yaradılması proqramının tərkib hissəsidir. O, ümid edir ki, Rusiyanın ikinci və üçüncü prezidentləri Vladimir Putin və Dmitri Medvedev də Yeltsinin 80 illiyi münasibətilə heykəlinin açılış mərasimində iştirak edəcəklər.

Boris Yeltsin 1991-ci ildə ilk dəfə ümumxalq səsəverməsi ilə seçilən prezident olub. o, 1996-cı ildə ikinci dəfə prezident seçilib. Ölkədə bir-birini izləyən iqtisadi və siyasi böhranlara görə 1999-cu ildə isə istefa verib.

Yeltsin 2007-ci il aprelin 23-də 76 yaşında vəfat edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG