Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:34

Bələdiyyə sədrini döyüblər


Paytaxt Moskva yaxınlığında Şatura şəhərinin bələdiyyə sədrini üç nəfər martın 25-də döyüb.

Kommunist partiyasının nümayəndəsi olan mer Valeri Larinov xəstəxanaya yerləşdidilib. Metal çubuqlarla onun başından vurublar.

Hücumçulardan biri həbs olunub.

Kommunist partiyası hadisəni “siyasi ekstremizm” adlandırıb.

61 yaşlı Larionov martın 14-də mer seçilib. Onun rəqibi hakim Vahid Rusiya Partiyasının təmsilçisi olub.

Moskvanın təxminən 120 kilometrliyindəki Şatura şəhərinin əhalisi təxminən 30 min nəfərdir.
XS
SM
MD
LG