Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 15:44

Gəncədə evlərin qiyməti 40 faizədək düşüb


Gəncədə daşınmaz əmlak bazarında qiymətlər 40 faizədək düşüb. Hazırda daşınmaz əmlak bazarında satanlar alandan çoxdur.

«V.E.S. Konsaltansi» MMC-nin Gəncə filialının rəhbəri Ceyhun Əliyev bildirib ki, ötən ilin mart ayı ilə müqayisədə bu il şəhərdə evlərin qiyməti 30-40 faiz ucuzlaşıb.

S.Əliyev deyib ki, ötən ay ipoteka kreditlərin bərpa olunacağı ilə bağlı yayılan söz-söhbətdən sonra daşınmaz əmlakın qiyməti bir qədər qalxdı. Lakin az keçmədən bazarda qiymətlər yenidən endi.

Hazırda Gəncədə daşınmaz əmlak bazarında iştirak edənlərin 95 faizi satıcı qismində iştirak edir.

Məlumata görə ilin əvvəlində 45 min manata satışa çıxarılan həyət evinin qiyməti indi 40 min manata düşüb. Şəhərin mərkəzində 4 otaqlı bina evinin dəyəri isə hazırda 50-60 min manat civarındadır.
XS
SM
MD
LG