Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:29

Hindistan-Azərbaycan informasiya texnologiyaları sahəsində əməkdaşlıq edəcək


Hindistanla Azərbaycan arasında informasiya texnologiyaları yönündə əməkdaşlıq ediləcək

Artıq bir neçə Hindistan şirkəti əməkdaşlıq üçün Azərbaycanla yaxından maraqlanır.

Bu barədə məlumatı Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Debnat Şou dünən Tovuz rayonuna səfəri zamanı bildirib.

O, bildirib ki, Hindistanla Azərbaycan arasnıda neft sahəsində əlaqələrlə yanaşı qeyri-neft sahəsində, xüsusilə də informasiya texnologiyaları sahəsində əlaqələr genişləndilirəcək.

Konkret olaraq beynəlxalq «Orikl» şirkəti Azərbaycanda bankların mərkəzləşdirilmiş sistemi yaratmaq istəyir ki, bunun nəticəsində bir bankın hesabları digər bankdan alına bilir.

Səfir bildirib ki, Hindistanla Azərbaycan arasında informasiya texnologiyalarına dair əməkdaşlıq üzrə müqavilə artıq hazırdır. Sənəd Azərbaycanın Rabitə, İnformasiya və Texnologiyalar nazirinin Hindistana bu il gözlənilən səfəri zaman imzalanacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG