Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:36

Azərbaycan «İfadə Azadlığına Senzura İndeksi» mükafatına layiq görülüb


Martın 25-də Londonda «İfadə Azadlığına Senzura İndeksi» mükafatının 10-cu təqdimat mərasimi olub. Repressiyaya qarşı mübarizə apardığına görə, Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı «Hüquqi və təbliğat» nominasiyası üzrə mükafata layiq görülüb:

«İctimai maraqların müdafiəsi ilə bağlı kampaniya aparmaq ilə bağlı bir mükafat idi və bu mükafat beynəlxalq səviyyədə verilir. Mükafatların təqdimatları oldu. Təəssüf ki, Adnan Hacızadə və Emin Millinin namizəd olduğu mükafatlar başqa bir şirkətə təqdim olundu».

Hazırda həbsdə olan Emin Milli və Adnan Hacızadə Google-nin «Yeni Media» mükafatına namizəd idi.

5 nominasiya üzrə verilən «İfadə Azadlığına Senzura İndeksi» mükafatı o şəxslərə verilir ki, onlar çox vaxt öz həyatlarını risk altına ataraq heç kimin toxunmadığı mövzulardan danışırlar.
XS
SM
MD
LG