Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:45

Haker 20 illiyinə azadlıqdan məhrum edildi


ABŞ-da kompüter hakeri 20 il azadlıqdan məhrum edilib.

28 yaşlı Albert Qonsales İnternet vasitəsilə milyonlarla amerikalının kredit kartı barədə məlumat oğurlayıb. O, ötən il Amerikanın böyük şirkətlərinin kompüter şəbəkəsinə daxil olmaqda ittiham olunub.

Qonsalesin Rusiya və Ukraynadan olan haker qrupuna rəhbərlik etdiyi bildirilir. Onların vurduğu ziyan 200 milyon dollar dəyərindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG