Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:33

MSK monitorinqlərə başlayır


Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə seçkilərlə əlaqədar monitorinqlər aparacaq və maarifləndirmə proqramı həyata keçirəcək.

Qurumdan bildiriblər ki, MSK üzvləri tərəfindən monitorinqə ilkin olaraq kənd rayonlarında yerləşən dairələrdən başlanacaq.

Məqsəd dairə seçki komissiyalarının öz vəzifələrini necə həyata keçirdiyini müəyyən etmək, dairələrin vəziyyətini yoxlamaqdır.

Monitorinqlərin aprelin 15-nə kimi başa çatdırılması nəzərdə tutulub.

Aprel ayından başlayaraq həm də maarifləndirmə proqramları həyata keçiriləcək.

Hazırda MSK-da bununla əlaqədar tədbirlər planı hazırlanır.

Azərbaycanda parlament seçkiləri payızda keçiriləcək. /Azərtac/

Günün bütün mövzuları

XS
SM
MD
LG