Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:56

Erməni qüvvələri 2 istiqamətdə atəşkəsi pozub


Ermənistanın silahlı qüvvələri iki müxtəlif istiqamətdə Azərbaycan ordusunun mövqelərini atəşə tutublar.

Ağdamın Kəngərli və Tərtərin Çiləbürt kəndindən Azərbayan silahli qüvvələrinin üzbəüz mövqeləri avtomat və pulemyotlardan atəşə tutulub.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, bütün hallarda qarşı tərəf cavab atəşi ilə susdurulub, itki yoxdur.

ANS-in məlumatına görə isə Ağdamın atəşə tutulması nəticəsində Mərzili kəndinin sakini Abdullayev Şəmistan yaralanıb.

O, Ergi düzü adlanan ərazidə qoyun otararkən dabanından güllə yarası alıb.

O Quzanlıdakı Mərkəzi Xəstəxanaya çatdırılıb, vəziyyəti normaldır.
XS
SM
MD
LG