Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:53
«Elə şirkətlər var ki, onların ərazisindən heç quş da uça bilmir». Bunu «İşdən sonra»da Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov deyib.

Verilişdə müdir-işçi münasibətləri müzakirə olunub.

Sahib Məmmədov deyib ki, hər bir işçi hüququnu bilməlidir və onu tələb etməyi də bacarmalıdır:

- Təbii ki, bizdə əmək şəraiti Amerikadakından fərqlənir. Birincisi, şirkətlərin imkanı olmalıdır. Tutaq ki, yüksək kadr potensialı toplaşır, kadrları oraya toplamanın üsulları var. Bunlardan biri də işdə gözəl şərait yaradılmasıdır. Bizdə əmək resursları həddindən artıq çoxdur. 30 tikinti sahəsində monitorinq keçirdik. Heç birində işçilərin soyunub-geyinmə otaqları, duş, nahar etmək üçün xüsusi uyğunlaşdırılmış yer yox idi. Qaz balonları harada gəldi atılmışdı. Bizdə elə şirkətlər var ki, onlara heç yaxınlaşa bilmirik. Elə şirkət var ki, onun heç ərazisinə quş da uçub keçə bilmir. Ən böyük problemlərdən biri də bu dəqiqə məcburi əməkdir. Əslində, qanunla iməcilik qadağan olunmuş məcburi əməkdir. Büdcə təşkilatlarının işçilərini küçələrə töküb abadlaşdırma işləri aparırlar. Onları istismar edirlər. Bundan əlavə, qanunsuz pul tutmalar mövcuddur. Ümumiyyətlə, işçi və işəgötürən partnyordurlar. Biri digərindən üstün deyil. Onlar partnyor kimi çalışmalıdırlar. Ortada qul, ağa yoxdur. Onlar bərabər adamlardırlar. Hər bir halda işçi hüquqlarını tələb etməyi bacarmalıdır.

Azərbaycanda hansı şirkətlərdə əmək şəraiti yaxşıdır?

Diplom daha cehiz funksiyası daşımır.

Şirkətlər əmək şəraitinin yaxşılaşması üçün lazım olan pulu korrupsiyaya tökürlər.

ƏTRAFLI AUDİONU DİNLƏYİN

/ Hazırladı Gülər Qasımova /

Şərhləri göstər

XS
SM
MD
LG