Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:25

Qısa hekayə yaz - noutbuk qazan!


Qısa hekayə yaz - noutbuk qazan!

“ƏDƏBİ AZADLIQ”

Azadlıqradiosu.az saytının ədəbiyyat səhifəsində - “Oxu zalı” bölümündə qısa hekayələr müsabiqəsi keçirilir.


MÜSABİQƏNİN ŞƏRTLƏRİ

1. Təqdim edilən hekayələrin həcmi 7 min işarədən artıq olmamalıdır.

2. Müəlliflər müsabiqəyə əvvəllər heç yerdə çap olunmamış hekayələrini təqdim etməlidirlər.

3. Müsabiqəyə əsərlər martın 25-dən aprelin 25-nə qədər qəbul edilir. Hekayələr bu ünvana göndərilməlidir: oxuzali@azadliqradiosu.az

4. Münsiflər Heyətinin müsabiqəyə daxil olmuş hekayələr arasından seçdiyi və ən yaxşı hesab etdiyi 10 əsər mayın 10-da Azadlıqradiosi.az saytının “Oxu zalı” bölümünə yerləşdiriləcək, səsvermə üçün oxucuların ixtiyarına veriləcək. Səsvermə 2 həftə davam edəcək (mayın 23-də başa çatacaq) və Münsiflər Heyəti qalibləri müəyyən edərkən səsvermənin də nəticələrini nəzərə alacaq.

5. İyunun 10-da Bakıda keçiriləcək təqdimat mərasimində qaliblər elan ediəcək.

6. Münsiflər heyəti 5 nəfərdən ibarətdir. Onlar Azadlıqradiosu.az saytının ədəbiyyat bölümü üçün çalışan əməkdaşlarından ibarətdir. Müsabiqənin nəticələri elan edilərkən münsiflər heyətinin üzvlərinin adları da açıqlanacaq.

7. 1-ci yer üçün mükafat - noutbuk, 2-ci və 3-cü yerlər üçün – hədiyyələr və Azadlıq Radiosunun suvenirləri.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG