Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:35
Avropada uşaq ədəbiyyatı sahəsində iki nüfuzlu beynəlxalq mükafatın qalibləri açıqlanıb.

Hans Xristian Andersen adına mükafat “Skellinq” bestsellerinin müəllifi - britaniyalı yazıçı Devid Almonda verilib.

Münsiflər Heyəti yazıçını “uşaqlar üçün sehrli realizmin yaradıcısı” adlandırıb.

“Almondun əsərləri uşaqları kitab oxumağa həvəsləndirir.

“Skellinq” qarajda mələk tapan oğlan haqqındadır.

Bu əsərə görə yazıçı bundan əvvəl Karnegi medalına da layiq görülüb.

“Qar kraliçası” və başqa nağılları ilə məşhur olan danimarka yazıçısı Hans Xristian Andersenin xatirəsinə təsis edilmiş bu mükafat 1956-cı ildən verilir.

Bu ödül nüfuzlu sayılsa da, qaliblərə pul mükafatını nəzərdə tutmur.

Astrid Lindqren adına mükafat isə bu il belçikalı yazıçı və rəssam Kitti Krouterə təqdim edilib.

Mükafatın dəyəri təxminən 700 min dollardır.

Devid Almond
Ənənəvi olaraq mükafatın təqdimetmə mərasimi İsveçdə - Vimmerbüdə - Lindqrenin doğma yürdünda keçirilib.

Münsiflər heyəti bildirib ki, Krouterin yaradıcılığı “humanizm və mərhəmətdən yoğrulub”.

"O, çəkdiyi illüstrasiyalarla yazdığı əsərləri elə uzlaşdırır ki, “onlar eyni həyatı yaşayır”.

Münsiflər Heyəti qeyd edir ki, yazıçı-rəssamın əsas yaradıcı alətləri karandaş və tuş olsa da, o, bu sadə materiallar vasitəsilə tamamilə yeni obrazlar yarada bilir".

Yaratdığı Karlson obrazı ilə bütün dünyada tanınan İsveç yazıçısı Astrid Lindqren 2002-ci ildə vəfat edib.

Sözügedən mükafat onun xatirəsinə təsis edilib.

Əksər beynəlxalq mükafatlardan fərqli olaraq Lindqren mükafatı İsveçin dövlət büdcəsindən maliyyələşdirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG