Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:19

«Facebook»u sifilis yaymaqda günahlandırırlar


Sosial şəbəkələr qadınlara təsadüfi cinsi partnyor tapmağa böyük şərait yaradır

Sosial şəbəkələr qadınlara təsadüfi cinsi partnyor tapmağa böyük şərait yaradır

Britaniyalı ekspertlər bu qənaətə gəliblər ki, «Facebook» və digər məşhur sosial şəbəkələr sifilis xəstəliyinin yayılmasına şərait yaradırlar.

Bu haqda «The Daily Telegraph» xəbər verir.

Keçirilən monitorinqin nəticələrinə görə, cinsi infeksiyanın ən çox yayıldığı bölgələr Sanderlend, Darem və Tissayddır. Məhz bu bölgələrdə «Facebook» kimi sosial şəbəkələr daha çox məşhurdurlar. Bu bölgələrin sakinləri digər britaniyalılardan fərqli olaraq 25 faiz çox sosial şəbəkələrdə qeydiyyatdan keçirlər və onların arasında sifilisə yoluxma 4 dəfə artıqdır.

Tissaydın səhiyyə idarəsinin rəhbəri Piter Kellinin sözlərinə görə, onun işçiləri «Facebook»a meylliliklə sifilisə yoluxma təhlükəsi arasında olan əlaqəni izləyə biliblər. Özü də yoluxma ən çox gənc qadınlar arasında müşahidə olunur.

P.Kellin vurğulayır ki, sosial şəbəkələr qadınlara təsadüfi cinsi partnyor tapmağa böyük şərait yaradır.

Rəsmi rəqəmlərə əsasən keçən il Tissayd sakinləri arasında 30 sifilisə yoluxma halı qeydə alınıb. Lakin ekspertlər hesab edirlər ki, bu, real rəqəm deyil, yoluxmanın sayı daha çoxdur. Bunu ekspertlər xəstəliyin dalğavarı keçməsi ilə əlaqələndirirlər, infeksiya bir dövrdən digər dövrə keçəndə tam sağlamlıq effekti verir və buna görə də xəstələrin çoxu həkimə müraciət etmirlər.

«Facebook» nümayəndəsi isə deyib ki, şəbəkədə tanış olub sonra görüşdükdə «ehtiyatlı olmaq lazımdır».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG