Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:28

Avronun məzənnəsi son 10 ayda ən aşağı həddə düşüb


Avronun dollara nisbətən məzənnəsi azalaraq son 10 ayın ən aşağı həddinə çatıb. Dünən dünya maliyyə birjalarında avro 1 dollar 33 sentə dəyişdirilib. Bu, 2009-cu ilin may ayından bəri ən aşağı göstəricidir.

Bu gün Avropa Birliyi liderlərinin Brüsseldə keçiriləcək sammitində dərin iqtisadi böhran içində olan Yunanıstana yardım etmək, yoxsa onu yardım üçün Beynəlxalq Valyuta Fonduna yönəltmək məsələsini müzakirə edəcəklər.

İndiyə qədər Avropa Birliyi ölkələrindən heç birinin iqtisadi probleminin həlli üçün Beynəlxalq Valyuta Fonduna müraciət olunmayıb.

XS
SM
MD
LG