Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:17

«The Washington Post» Mübariz Qurbanlıya cavab verdi


Mübariz Qurbanlı
Mübariz Qurbanlı
«The Washington Post» qəzeti korrupsiya ilə bağlı heç bir qalmaqalın iştirakçısı olmayıb və heç kim ona qarşı ittiham və ya irad irəli sürməyib.

Bunu «Turan» agentliyinin Vaşinqton müxbirinə «The Washington Post» qəzetindən Azərbaycanda hakim Yeni Azərbaycan Partiyasının sədr müavini Mübariz Qurbanlının bəyanatı ilə bağlı müsahibəsində bildiriblər.

M.Qurbanlı bu qəzetin İlham Əliyevin Dubayda övladları üçün 75 milyon dollarlıq əmlak alması barədə məqaləsini şərh edərkən bildirmişdi ki, «The Washington Post» özü korrupsiya içində itib-batıb və ona qarşı 5 milyard dollarlıq iddia irəli sürülüb.

Qəzet nümayəndələri Qurbanlının bu iddialarını «gülməli və uydurma» adlandırıblar. Amerika nəşrləri ilə bağlı ümumiyyətlə hər-hansı qalmaqallara gəlincə, son vaxtlar ən çox səs-küy yaradan hadisə «The Washington Post» ətrafında əmlak mübahisəsi olub. Belə ki, qəzetin sahiblərindən biri bu yaxınlarda vəfat edib və varisləri onu məhkəmə vasitəsilə bölmək istəyiblər.

«Görünür, cənab Qurbanlı korrupsiya ünvanı olan Dubayı Vaşinqtonla səhv salıb», - deyə qəzet nümayəndəsi istehza edib.

Bir neçə həftə əvvəl «The Washington Post» Əliyevlər ailəsinin Dubayda 9 villa alması haqqında məqalə dərc edib. Azərbaycan hakimiyyəti bu nəşrə kəskin reaksiya verərək, bunu daxili işlərə müdaxilə kimi qiymətləndirib.

/Turan/

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG