Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:07

«Şəbəkə hazırlığı indeksi»ndə Azərbaycan bütün qonşularından irəlidədir


«Şəbəkə hazırlığı indeksi» siyahısının başında isə İsveç gəlir
«Şəbəkə hazırlığı indeksi» siyahısının başında isə İsveç gəlir
Dünya İqtisadi Forumu 133 ölkədə «Şəbəkə hazırlığı indeksi» adlı hesabat yayıb. Sənəddə ölkələr informasiya texnologiyalarının inkişafı, bu texnologiyalardan həyatın müxtəlif sahələrində istifadənin, bazarın, siyasi və tənzimləmə mühitinin, infrastrukturun vəziyyəti əsasında qiymətləndirilib.

2009-2010-cu illəri əhatə edən bu hesabata görə, Azərbaycan bu sahədə 133 ölkə arasında 64-cü sırada yer tutur. Azərbaycan keçən ilə baxanda 4 pillə geriləsə də, sənəddə qeyd edilir ki, «Şəbəkə hazırlığı indeksi»inə görə Azərbaycan MDB ölkələri arasında ən qabaqdadır. Son illərin tendesiyasına nəzər salsaq, Azərbaycan 2007-2008-ci illərin hesabatında 67-ci, 2008-2009-cu illərin hesabatında 60-cı, 2009-2010-cu illərin hesabatında isə 64-cü sırada göstərilir.

Sonuncu ilə aid hesabata görə, Azərbaycanın qonşularından Ermənistan 101-ci, Gürcüstan 93-cü, Rusiya 80-ci, Türkiyə isə 69-cu yerdədir.

Dünya İqtisadi Forumu Azərbaycanda ən yaxşı vəziyyət kimi hökumətin informasiya texnologiyalarına üstünlük verməsini qeyd edir. Bu sahədə Azərbaycan 133 ölkə arasında 30-cu sırada göstərilir. Azərbaycanda ən geridə olan sahələr kimi də telefon xərclərinin, mobil telefon danışıqlarının yüksək olması, sürətli internet xətti əldə etmək imkanının aşağı olması göstərilir.

«Şəbəkə hazırlığı indeksi» siyahısının başında isə İsveç gəlir. Keçən il lider olan Danimarka iki pillə geriləyərək bu dəfə üçüncü olub. ABŞ-da bu il iki pillə geriləyərk beşinci sıraya düşüb.

«Şəbəkə hazırlığı indeksi» siyahısının ilk onluğu belədir:

İsveç
Sinqapur
Danimarka
İsveçrə
ABŞ
Finlandiya
Kanada
Hon-Konq
Hollandiya
Norveç

Siyahının sonunda isə Çad gəlir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG