Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:23

Gizir intihar edib


Kürdəmir rayonundakı N saylı hərbi hissəsinin giziri özünü asaraq intihar edib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev məlumat verib.

«Hadisə martın 24-də saat 16-30 radələrində baş verib. N saylı hərbi hissənin giziri 1988-ci il təvəllüdlü Asim Arzuman oğlu Hüseynov özünü bacısının evində asaraq intihar edib. Hadisənin səbəbləri məlum deyil, araşdırma aparılır».

Valideynləri Rusiyada yaşayan Asim Hüseynov xalası qızı ilə nişanlı olub və onun yaxın günlərdə toyu olacaqmış.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG