Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:45

Azərbaycan Rumınyaya sıxılmış qaz verəcək


Azərbaycandan Rumıniyaya sıxılmış qaz vermək üçün Supsa, Poti və ya Kulevi limanında qaz terminalları tikilə bilər.

Bunu Tiflisdə keçirilən beynəlxalq konfransdan sonra Gürcüstan energetika nazirinin müavini Mariam Valişvili jurnalistlərə açıqlamasında deyib.

Valişvili bildirib ki, bu məqsədlə Azərbaycan, Gürcüstan və Rumıniya arasında müvafiq memorandum imzalanacaq.

Sənədin martın sonu-aprelin əvvəlində üç ölkənin energetika nazirləri tərəfindən Buxarestdə imzalanacağı gözlənilir.

Layihənin dəyəri 4-6 milyard dollar arasındadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG