Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:23

Norveç səfiri döyülən jurnalistlərlə görüşdü


Martın 24-də Norveç Krallığının Azərbaycandakı səfiri Jon Ramberg «Yüksəliş Naminə» qəzetinin baş redaktoru Elçin Məmmədlini, qəzetin ötən il mayın 10-da «Gül Bayramı»na etiraz aksiyasında polis zorakılığına məruz qalan əməkdaşı Elçin Həsənov və «Demokrat» qəzetinin əməkdaşı Əfqan Muxtarlı ilə görüşüb.

Elçin Məmmədli AzadlıqRadiosuna bildirib ki, səfirə peşə fəaliyyətlərini yerinə yetirən zaman üzləşdikləri təzyiqlər və söz azadlığının boğulması ilə bağlı məlumatlar veriblər:

«Ötən ilin 10 mayında «Gül Bayramı»na etirazla bağlı keçirilən tədbirdə bizim qəzetin əməkdaşına qarşı göstərilən işgəncələrlə bağlı uyğun qurumlara müraciət edilsə də heç bir nəticəsi olmayıb. Biz səfirdən xahiş etdik ki, jurnalistlərə göstərilən təzyiqlər, işgəncələrlə bağlı Azərbaycan hökumətinə öz tövsiyələrini versinlər».

Səfir bildirib ki, jurnalistlərin verdikləri məlumatlar, təqdim etdikləri foto və video kadrlarla bağlı, eləcə də onların şikayətlərini Azərbaycan hökumətinə çatdıracaqlarını və jurnalistlərə əlindən gələn köməkliyi əsirgəməyəcəklərini bildirib.
XS
SM
MD
LG