Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:49

Lənkəran Dispanserində 2 min vərəmli qeydiyyatdadır


Rəsmi statistikaya görə, Lənkəran Rayonlararası Ağciyər Xəstəlikləri Dispanserində 2 minə yaxın vərəm xəstəsi qeydiyyatdadır. Lənkəran Rayonlararası Ağciyər Xəstəlikləri Dispanserinin baş həkimi Nurəddin Qurbanovun sözlərinə görə vərəmli xəstələrlə bağlı iki proqram həyata keçirilir.

Birinci proqramda dərmanlara davamlı olan iki vərəmli xəstənin müalicəsi nəzərdə tutulub. Hər xəstəyə 50 min manat ayrılıb. Həmin xəstələr müəyyən olunmuş qaydalara əsasən müalicə olunurlar.

Onun sözlərinə görə, ikinci proqrama əsasən yenicə vərəm xəstəliyinə tutulmuş 150 nəfər müalicə alacaq.

N. Qurbanov onu da deyib ki, adamların sayına görə cənub bölgəsində ən çox vərəmli xəstə Astara, Lerik və Lənkəran rayonların payına düşür.

«Ailə və uşaq» Qeyri Hökumət Təşkilatının rəhbəri Rəsmiyyə Əliyevaya görə isə, Lənkəranda cəmi 2 min vərəmli xəstənin olmasıyla bağlı deyilənlər şübhə doğurur. Onun sözlərinə görə, təkcə Lənkəranda 20 minə yaxın vərəm xəstəsinin olduğu güman edilir.
XS
SM
MD
LG